Tanınmış şirkət Merkelin təyyarəsinə ziyan vurubbackend

Tanınmış şirkət Merkelin təyyarəsinə ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda “Spiegel” nəşri Bundesverin təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, təyyarənin modernizasiyası zamanı onun rəqəmsal rabitə sistemi dəyişdirilib. Pilotlar bu haqda məlumatlandırılmadığından onlar meydana gələn pozuntuya düzgün reaksiya verə bilməyib və təyyarəni yaxınlıqdakı aeroportda təcili endirməli olublar.

Xatırladaq ki, noyabrın 30-da Angela Merkelin Buenos-Ayres istiqamətində uçan təyyarəsi Köln şəhərində təcili eniş etməli olub. Meydana gələn texniki nasazlıqla əlaqədar uçuşdan bir saat sonra təyyarə Niderland səmasından geri dönüb.

Merkelin sözlərinə görə, insident hökumət təyyarələrinin etibarlı olmadığını deməyə əsas verir. Bununla belə, o, kapitan və ekipaj üzvlərinin insident zamanı özlərini peşəkarcasına apardıqlarını bildirib.(oxu.az)

Interpress.Az