Rusiyada əcnəbiləri qanunsuz leqallaşdıran azərbaycanlılar yaxalandıbackend

Rusiyada əcnəbiləri qanunsuz leqallaşdıran azərbaycanlılar yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bununla bağlı FTX-nin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər Rusiya vətəndaşı, əslən azərbaycanlı olan Haqverdiyev Mansur Nəsib oğlu və Azərbaycan vətəndaşı İbrahimov Sənan İsfəndiyar oğludur.

Saxlanılan şəxslər əcnəbilərin sənədlərinin üzərinə saxta möhür vurmaqla onların guya Rusiya ərazisində qeydiyyata götürülmələri ilə bağlı qanunsuz hərəkətlər ediblər.

Saxlanılan zaman onlar əməllərini etiraf ediblər. Məhkəməyə çıxarılan Haqverdiyev 1 il 3 ay, İbrahimov isə 1 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.