Əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği 27% artıbbackend

Əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği 27% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 31,1%-i Rusiya Federasiyası, 20,9%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,6%-i İran, 3,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 1,5%-i İsrail, 17,5%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1%-i yanvar, 6,4%-i fevral, 10,5%-i mart, 8,3%-i aprel, 7,9%-i may, 10,2%-i iyun, 12,5%-i iyul, 12,2%-i avqust, 8,8%-i sentyabr, 8%-i oktyabr, 8,1%-i isə noyabr ayında ölkəyə gəlib.

2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində dinamik artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 mlrd. 195,5 milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 252 milyon manat və ya 27% artıb.

Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 76,2 milyon manat təşkil edib və ötən ilin noyabr ayı ilə müqayisədə 6% artıb.

Interpress.Az