Türkiyə İrana qarşı sanksiyalardan möhlətin uzadılmasını gözləyirbackend

Türkiyə İrana qarşı sanksiyalardan möhlətin uzadılmasını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

O, İrana qarşı sanksiyanın bütün bölgəyə, ən çox da Türkiyəyə təsir göstərdiyini, İran iqtisadiyyatının isə kiçilmə trendinə girdiyini qeyd edib.

Nazir İrandan neft idxalı məsələsində ABŞ tərəfindən verilən möhlətin uzadılmasını gözlədiklərini vurğulayıb: \”İranla aramızda imzalanmış güzəştli ticarət sazişinin əhatəsinə düşən müxtəlif məhsulların da idxalına qadağa qoyulub. Bu qadağaların ortadan qaldırılması istiqamətində çalışırıq”.

Rəsmi Vaşinqtonla iqtisadi əlaqələrdəki vəziyyətdən danışan türkiyəli nazir ABŞ tərəfindən Türkiyənin alüminium və poladına qarşı əlavə rüsumların ləğvi üçün Ümumdünya Ticarət Təşkilatı çərçivəsində dərhal tədbirlər gördüklərini və əhəmiyyətli nəticələr əldə edildiyini deyib: \”İkitərəfli əlaqələrdə iqtisadi və ticarət həyatına təsir edəcək müsbət əlamətlərin müşahidə edildiyini qeyd edə bilərəm”.

Xatırladaq ki, noyabr ayının əvvəlində ABŞ hökuməti İranın neft ixracatına qarşı tətbiq etdiyi sanksiyalardan Cənubi Koreya, Yaponiya, Çin, Tayvan, Hindistan, Türkiyə, İtaliya və Yunanıstana 180 günlük möhlət verib.

Interpress.Az