Azərbaycanın şimal rayonlarına 10 santimetrədək qar yağıbbackend

Azərbaycanın şimal rayonlarına 10 santimetrədək qar yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır.

Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.

Interpress.Az