Paşinyan Putinlə görüşdən məyus qayıtdıbackend

Paşinyan Putinlə görüşdən məyus qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bununla bağlı News.am portalı məlumat yayıb.

Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı müzakirə edilən məsələləri açıqlayıb.
“Biz, əsasən, ikitərəfli münasibətlərin gələcəkdə inkişaf perspektivlərini müzakirə etdik”, – o bildirib.

Paşinyan qeyd edib ki, görüş zamanı Qarabağ problemi ilə bağlı müzakirələr aparılmayıb.

“Bundan başqa, bizim KTMT baş katibinin namizədliyi ilə bağlı qısa müzakirəmiz oldu. Hər birimiz öz mövqeyimizi səsləndirdik”, – deyə Paşinyan əlavə edib.

Ermənistan baş naziri Putinlə Rusiyadan alınacaq qazın qiymətlərinin gələn ildən artırılıb-artırılmayacağı məsələsinin də müzakirə edilmədiyini deyib.

“Bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu məsələ ətrafında müzakirələr işgüzar qaydada davam edir. Ümid edirəm ki, bu məsələ bizim istədiyimiz qaydada inkişaf edəcək”, – Paşinyan bildirib.

Interpress.Az