Mişel Obama ABŞ-da “İlin qadını”, Barak Obama isə “İlin kişisi” seçiliblərbackend

Mişel Obama ABŞ-da “İlin qadını”, Barak Obama isə “İlin kişisi” seçiliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mişel Obama 17 il ar-arda bu ada layiq görülən keçmiş dövlət katibi Hillari Klintonu geridə qoya bilib. Rəy sorğusunda ikinci yeri teleaparıcı və aktrisa Opra Uinfri, sonrakı yerləri Hillari Klinton, ABŞ-ın birinci xanımı Melanya Tramp və Kraliça Yelizaveta tutublar. Böyük Britaniya kraliçası 50 ildir ki, “Gallup”ın rəy sorğusunda ilk onluqda yer alır.

“İlin kişisi” adına isə ABŞ-ın 44-cü Prezidenti Barak Obama layiq görülüb. “Gallup” institutunun siyahısında sonrakı yerləri ABŞ Prezidenti Donald Tramp, sabiq Prezident Corc Buş (oğul), Roma Papası Fransisk və milyarder Bill Qeyts tutublar.

“Gallup” 1946-cı ildən bəri ABŞ-da “İlin qadını” və “İlin kişisi”ni müəyyən etmək üçün rəy sorğusu keçirir. Hazırkı rəy sorğusu dekabrın 3-dən 12-dək ölkənin bütün ştatlarında aparılıb. (Azertac)

Interpress.Az