İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunubbackend

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev qonaqları salamladıqdan sonra yeni qurulmuş təşkilat və iş planı haqqında məlumat verib. Daha sonra 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunmasında ümummili lider Heydər Əliyevin xidmətlərindən bəhs edən təşkilat rəhbəri Həmrəylik Günü və Yeni il bayramı münasibətilə soydaşlarımızı təbrik edib.
Daha sonra İstanbuldakı Baş Konsulluğun nümayənsəi Ayaz Piriyev, təşkilatın üzvlərindən Pərviz Məmmədzadə və Yıldız Teknik Unversiteti akademiki Adil Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətini, ümummilli lider Heydər Əliyevin bu günün qeyd edilməsində müstəsna rolunu iştirakçıların diqqətinə çatdırıblar.
Həmçinin, dərnəyin qısa müddət ərzində azərbaycanlıları öz ətrafında toplaması və həyata keçiriləcək layihələrin təqdirəlayiq olduğunu vurğulayan qonaqlar, Gənc Azərbaycanlılar Dərnəyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir rəsmi hissədən sonra Azərbaycan musiqiləri və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.

Interpress.Az