Dövlət Agentliyinin direktoru: “Pilot layihələr keçirilən rayonlarda bəzi həkimlərimiz 5-6 min manat maaş alırbackend

Dövlət Agentliyinin direktoru: “Pilot layihələr keçirilən rayonlarda bəzi həkimlərimiz 5-6 min manat maaş alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

“Pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablandı. Artıq onların əmək haqqında kifayət qədər yüksəlmə oldu. Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alırlar. Orta tibb işçilərinin əmək haqqında da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə isə əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə keçirdiyimiz ərazilərdə ölüm sayı azalıb” – Dövlət Agentliyinin direktoru əlavə edib.

Interpress.Az