Terrorçu PKK qruplaşması Menbiçdən çıxıb, bölgəyə Bəşşar Əsəd qüvvələri daxil olubbackend

Terrorçu PKK qruplaşması Menbiçdən çıxıb, bölgəyə Bəşşar Əsəd qüvvələri daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az Türkiyənin “NTV” televiziyasına istinadən xəbər verir ki, məlumatı Suriya Baş Qərargahı yayıb.

B.Əsəd qüvvələri Menbiçdə Suriya bayrağı qaldırıblar.

Baş Qərargah bütün vətəndaşların və başqa sakinlərin təhlükəsizliyinə tam təminat verdiklərini bəyan edib.

Qeyd edək ki, terrorçu PKK/YPG-PYD qruplaşması bu gün Suriyanın Menbiç bölgəsindən çıxacağını, həmin ərazinin B.Əsəd rejiminin nəzarətinə verəcəyi barədə açıqlama yaymışdı: “Suriya hökumətini (Bəşşar Əsəd rejimi) çıxdığımız bölgələri, xüsusən də Menbiçi Türkiyənin hücumlarından qorumaq üçün bu əraziyə dəvət edirik”.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış etmişdi.

Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan terrorçu qruplaşmanın Münbiçdən çıxmasını tələb etmiş, əks halda oranı terrorçulardan təmizləyəcəklərini bildirmişdi. (report)

Interpress.Az