Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin etdibackend

Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun \”Qafqazinfo\”ya verdiyi məlumata görə, nazirin bu gün imzaladığı əmrə əsasən BŞTİ-nin müdir vəzifəsinə Rəşad Tağıyev təyin edilib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sabiq müdiri Məhəbbət Vəliyeva iyun ayında Təhsil nazirinin müavini təyin olunub. O, həmçinin BŞTİ-nin müdiri vəzifəsini icra edirdi.

Interpress.Az