Almaniyada müsəlmanlardan məscid vergisi yığmaq istəyirlərbackend

Almaniyada müsəlmanlardan məscid vergisi yığmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bundestaqın deputatları bu yolla məscidlərin ərəb dövlətlərinin dotasiyalarından asılılığını azaltmağa və radikal cərəyanların qarşısını almağa çalışır.

Almaniyada yaşayan bir çox müsəlmanlar qanunun qəbul olunacağı təqdirdə bunun müsəlmanların ciddi etirazına səbəb olacağını və çox sayda müsəlmanın vergidən yayınaraq radikallara qoşulacağını güman edir.

Almaniyada kilsə vergisi kilsənin rəsmi olaraq dövlətdən ayrılmasından sonra, XIX əsrin sonlarından tətbiq olunur. XX əsrin əvvəllərində “dini vergi” qanun şəklində təsbit olunub və onun toplanması dövlətə həvalə olunub. Qanun buna qədər yalnız katolik və protestantlara şamil olunurdu.

Habelə digər din və konfessiyalardan olan sakinlər könüllü olaraq vergini verə bilirdi. Toplanan vəsaitin ünvanına – məscid, sinaqoq və ya kilsəyə çatması üçün vergiödəyicisi fiskal orqanlara arayış təqdim edir. Bir qayda olaraq “dini vergi” gəlir vergisinin 3-5 faizini təşkil edir.

Təqaüdçülər, aztəminatlılar və tələbələr bu vergidən azaddır. Vergi ateistlərə və digər konfessiyaların nümayəndələrinə şamil olunmur.(oxu.az)

Interpress.Az