KİV: Modriç “Real Madrid”in yeni müqavilə təklifini rədd edibbackend

KİV: Modriç “Real Madrid”in yeni müqavilə təklifini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

33 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin şərtləri ilə razılaşmayıb.

Təcrübəli oyunçu ilə İtaliya \”İnter\”i yaxından maraqlanır. Anlaşma əldə olunsa, \”neradzurri\” Modriçə ilinə 10 milyon avro ödəyəcək, müqavilə isə 2 illik olacaq. Bundan sonra xorvatiyalı pleymeyker karyerasının son dayanacağı olan Çinə yollana bilər.

Qeyd edək ki, Luka Modriçin \”Real Madrid\”lə 2020-ci ilə qədər müqaviləsi mövcuddur. O, 2012-ci ildən bu komandada çıxış edir. Yarımmüdafiəçi cari ildə \”Qızıl top\” və FIFA-nın \”The Best\” mükafatının qalibi olub. Modriç həmçinin 2018-ci ilin ən yaxşı balkan idmançısı seçilib.

O daha öncə karyerasını \”Real Madrid\”də bitirmək istədiyini söyləyib. (report)

Interpress.Az