Azərbaycan və Ermənistan arasında fərq görünməmiş həddə çatıbbackend

Azərbaycan və Ermənistan arasında fərq görünməmiş həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bu gün keçirilən mətbuat konfransında məlumat verib.

V.Qasımlı bildirib ki, Ermənistanla müqayisədə Azərbaycanın iqtisadiyyatı dörd dəfə, strateji valyuta ehtiyatları 20 dəfə və əhali sayı 3,3 dəfə böyükdür. Üstəlik Ermənistanın dörd sərhədindən ikisi tam bağlı, digər ikisi isə məhdud imkanlara malikdir, işğalçı ölkə bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalmaqla işğalın girovu kimi getdikcə zəifləyir və Azərbaycanın uğurlu inkişafının kölgəsində qalır.

Ermənistanın sağlam məntiqə söykənərək işğaldan geri çəkilməsi bütövlükdə regionun inkişafı üçün Azərbaycanın imkanlarından geniş istifadə imkanları yarada bilər.

Interpress.Az