Bu il Azərbaycanda 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıbbackend

Bu il Azərbaycanda 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında deyib.

O bildirib ki, bu il 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub: “Bu il dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılmış və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub”.

Şöbə müdiri əlavə edib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb: “Ümumilikdə, bu il 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib”.

Interpress.Az