“İşlərimə görə gün ərzində cəmi 5 saat yatıram” – 29 yaşlı baş redaktorun Özəl günübackend

“İşlərimə görə gün ərzində cəmi 5 saat yatıram” – 29 yaşlı baş redaktorun Özəl günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

T.Allahverdilinin müsahibəsini təqdim edirik:

– Sizin üçün bu günlərdə bayram-bayrama qarışıb. Bu gün sizin, sabah rəhbəri olduğunuz “İnterpress.az”-ın, iki gün sonra isə “Diaspor.az” saytının doğum günüdür. Bütün bunların “Yeni il” və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olması isə əlavə bayramdır. Bu bayramları harada və necə qeyd etməyi planlaşdırırsınız?

“İşlərimə görə gün ərzində cəmi 5 saat yatıram” – 29 yaşlı baş redaktorun Özəl günü

– Mənim üçün istər bayram olsun, istərsə də istirahət keçirmək üçün Azərbaycan və Türkiyədən gözəl bir məkan yoxdur. Məni tanıyanlar bilir ki, mən xarici ölkələrdə çox tez-tez oluram. Azərbaycanla yanaşı, qardaş ölkə olan Türkiyə də mənim üçün bir Vətəndir. Amma mən təbii ki, bayramları – doğum günümü, “Yeni il” bayramını, “İnterpress.az”ın və “Diaspor.az”ın 5 yaşını da Bakıda qeyd edəcəm. Eyni zamanda, “Diaspor.az”ın yeni variantı yaxın günlərdə yeni domenlə fəaliyyətə başlayacaq.

– 29 yaşında siz iki sayta rəhbərlik edirsiniz. Bununla yanaşı, ATEV-in icraçı direktorusunuz. Eyni zamanda, diaspor fəaliyyəti ilə də məşğulsunuz. Bu qədər yükü daşımaq ağır deyilmi?

– Bir insan bir işi sevərək icra edirsə, onun üçün heç bir çətinlik olmayacaq. Bilirsiniz ki, tarixdə liderlər olub. O liderlərdən biri olan Şah İsmayıl Xətai 14 yaşında böyük bir dövlətə rəhbərlik etməyin yükünü daşıyıb. Ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün gənc yaşlarında çiyinlərində daşıdığı yükü görəndə bir daha əmin olursan ki, insan bir işi ölkəsi, dövləti və xalqı üçün sevərək edərsə, o, bu yükü əziyyətsiz daşıyacaq. Yəni, onu demək istəyirəm ki, mənim çiyinlərimdə daşıdığım yük heç də ağır deyil.

“İşlərimə görə gün ərzində cəmi 5 saat yatıram” – 29 yaşlı baş redaktorun Özəl günü

– Bəs, vaxtı necə çatdırırsınız?

– Bilirsiniz, bu sizin çalışdığının qurumun rəhbərliyindən asılıdır. Mənim bu qədər iş görməyim çalışdığım təşkilatın rəhbəri Tənzilə Rüstəmxanlının mənə göstərdiyi etimaddan irəli gəlir. Bununla yanaşı, hər hansı sayta rəhbərlik etmək üçün bütün günü redaksiyada oturmaq vacib deyil. Mənim demək olar ki, bütün günüm insanlar arasında, tədbirlərdə, konfranslarda, görüşlərdə keçir. Müasir texnologiyanın inkişafı bizim işlərimizi istənilən yerdə icra etməyimizə şərait yaradır. Əsas olan işə bağlılıqdır. Mən hər gün səhər saat 09:00-dan axşam saat 03:00-a qədər çalışıram. Yəni, gün ərzində cəmi 5 saat yatıram. Amma buna baxmayaraq, mənə yenə də vaxt çatmır. Əgər fiziki cəhətdən imkanım olsaydı, bütün sutka çalışardım.

– Ad gününüz ilə əlaqədar bu gün özəl hədiyyə almısınızmı?

– Hədiyyələr çox almışam. Dostlar müasir telekommunikasiya vasitələri ilə təbriklərini çatdırırlar. Amma mənim üçün ən böyük hədiyyə ailəmin məni təbrik etməsidir. Çalışdığım təşkilatın rəhbərinin məni təbrik etməsidir. Bu gün daxil olandan mənə o qədər təbrik zəngləri və mesajları gəlib ki, özümlə fəxr etməyə çalışmışam.

“İşlərimə görə gün ərzində cəmi 5 saat yatıram” – 29 yaşlı baş redaktorun Özəl günü

– Bəs, gələn il öz doğum gününüzü harada qeyd etməyi planlaşdırırsınız?

– Allah qismət eləsin, torpaqlarımızı işğaldana zad edək. Bu gün həm də Xankəndinin işğal olunduğu gündür. Gələn il doğum günümü və rəhbərlik etdiyim saytların növbəti yaşını qeyd edərəm. Kimsə bunu pafoslu qəbul etməsin. Allahdan ən böyük diləyim odur ki, gələn il ad günümü Xankəndində qeyd edim və əməkdaşlarımızla birlikdə Azərbaycan bayrağının Xankəndində asılması ilə bağlı reportaj hazırlayım.

– Toğrul Allahverdili olduğunuza görə kimə borclusunuz?
– Bu, çox çətin sualdır. Amma ilk növbədə mən bu günə qədər qazandığım uğurlara görə Allaha borcluyam. Allaha minnətdaram ki, gənc yaşımda ölkədə və ölkədən kənarda yetərincə tanınıram. Ailəmə, dəyərli dostlarıma borcluyam. Eyni zamanda, uğurlarıma görə türk dünyasının dəyəri olan Tənzilə Rüstəmxanlıya borcluyam. Ümumilikdə, ətrafımdakı dostlarımın mənim ictimai sektora gəlməyimdə böyük rolu olub. Bütün dəstəklər unudulmazdır. Təbii ki, bütün bunlarla yanaşı uğurlarıma görə ölkə rəhbərliyinə borcluyam. Çünki dövlət başçısının ölkədə gənclər üçün yaratdığı şərait bizim də fəaliyyət göstərməyimizə təkan verdi.

– Özünüzü hansı vəzifədə görürsünüz?

– Mən elə hazırda özümü gördüyüm vəzifəni icra etməklə məşğulam. Amma bütün bunlarla yanaşı bir məsələni də qeyd edim. Mən hər zaman demişəm ki, mən bu ölkənin bir əsgəriyəm. Mənim üçün fərqi yoxdur ki, hansısa vəzifəni icra edim. Əsas odur ki, dövlətimə xidmət edim. Amma mən hələ gəncəm və 29 yaşım var. Gələcək hələ qabaqdadır. Bu da o deməkdir ki, bizim xidmətlərimizin böyük hissəsi hələ qarşıdadır.

– Artıq 2 ilə yaxındır ki, ATEV-də çalışırsınız. Burada işləriniz necədir?

– Mən 2017-ci ilin aprel ayında ATEV-ə icraçı direktor təyin olunmuşam. Bu müddət ərzində böyük işlər görmüşük. Xalqımız, millətimiz və dövlətimiz üçün əhəmiyyətli layihələr, görüşlər, tədbirlər həyata keçirmişik. Ümumiyyətlə, Tənzilə Rüstəmxanlı ilə birlikdə çalışmaq hər adama qismət olmur. Ümumiyyətlə, Rüstəmxanlılarla birlikdə çalışmaq qürurvericidir. S.Rüstəmxanlı Azərbaycan dövlətinin müstəqillik aktına imza atan şəxslərdən biri olub. O ailə ilə birlikdə və Tənzilə xanımın rəhbərlik etdiyi təşkilatda çalışmaq şərəfdir. Təbii ki, iş olan yerdə problemlər də meydana çıxır. Bəzən səhvlərimiz də olur. Amma insan səhv edə-edə kamilləşir. Səhvlərimiz də bağışlanır.

“İşlərimə görə gün ərzində cəmi 5 saat yatıram” – 29 yaşlı baş redaktorun Özəl günü

Interpress.Az