Evlənmək istəyən 350 nəfərdə sifilis aşkarlanıbbackend

Evlənmək istəyən 350 nəfərdə sifilis aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub:

“Onların arasında 3842 talassemiya daşıyıcısı, 152 qazanılmış immun çatışmazlığı sindromu, 350 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkarlanıb. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb.

Nəticədə 16 sağlam, 27 daşıyıcı, 12 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 12 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda respublikamızda 1621 hemofiliyalı xəstə qeydiyyatdadır.

Interpress.Az