Azərbaycanda faciə – əsgər yanına gedən ailə qəzaya düşdü – 2 Ölü, 3 Yaralıbackend

Azərbaycanda faciə – əsgər yanına gedən ailə qəzaya düşdü – 2 Ölü, 3 Yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın A24.az-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Niva” markalı minik avctomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və və sərnişini ölüb. Daha üç nəfər isə ağır yaralanıb. Yaralılar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan biri azyaşlıdır.

Onların Xaçmaz rayon sakinləri olduğu bildirilir. Məlumata görə, onlar əsgər ziyarətinə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Interpress.Az