Oğuzda bir ailənin üç üzvü yol qəzasına düşübbackend

Oğuzda bir ailənin üç üzvü yol qəzasına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gün axşam saat 19:30 radələrində Oğuz-Bayan avtomobil yolunda baş verib.

Oğuz şəhər sakini, 1971-ci il təvəllüdlü Kərim Kərim oğlu Kərimov sükanı arxasında əyləşdiyi minik avtomobilinin idarəetməsini itirərək maşını yolun kənarındakı ağaca vurub. Nəticədə K.Kərimov və avtomobildə sərnişin qismində olan ailə üzvüləri – 1976-cı il təvəllüdlü həyat yoldaşı Sevinc Nadir qızı Kərimova, 2003-cü il təvəllüdlü övladı Aysel Kərimova xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən “Report”a bildirilib ki, yaralılardan Sevinc və Ayselin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. K.Kərimovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə zəncirvari yol qəzası nəticəsində ər və arvad xəsarət alıb.(report)

İnterpress.Az