İsrailin təhlükəsizlik qüvvələri bu il 6489 fələstinlini saxlayıbbackend

İsrailin təhlükəsizlik qüvvələri bu il 6489 fələstinlini saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az \”Anadolu\” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, onlardan 1063 nəfəri uşaq və yeniyetmələr, həmçinin 140-ı qadınlardır. Saxlanılanlar arasında 6 deputat, 38 jurnalist də var. Fələstinlilər İsrailin 22 həbsxanasında və müvəqqəti təcridxanasında saxlanılırlar.

Sənəddə həmçinin qeyd edilir ki, İsrailin həbsxanalarında müddətli cəza çəkənlərin sayı 6 min nəfərə çatıb. Onlardan 34-ü onkoloji xəstəliklərdən əziyyət çəkirlər. Fələstinli məhbusların 250 nəfəri yeniyetmələr, 54-ü qadınlardır.

Interpress.Az