Utancaq Bakı qızları, Azərbaycan mahnısı oxuyan Sıla, 3 dəqiqə davam edən alqışlar… —  VİDEObackend

Utancaq Bakı qızları, Azərbaycan mahnısı oxuyan Sıla, 3 dəqiqə davam edən alqışlar… — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az milli.az-a istinadən bildirir ki, Türkiyənin məşhur müğənnisi minlərlə insanın qarşısında, Azərbaycanda ilk dəfə bu məkanda çıxış edib. Şən mahnıları az olan müğənni özünəməxsus ifalarına görə bütün zalı doldura bilib.

Konsertin açılışını edən Nəsib Nurun dediyinə görə, Sıla öz istəyi ilə Bakıya konsertdən bir gün əvvəl gəlib, paytaxtımızı gəzmək, milli yeməklərimizdən dadmaq istəyib.

Nitq söyləmədən, birbaşa mahnı ilə konsertə başlayan Sıla çoxlarını təəəccübləndirib. O, sanki, \”ateşle oynama\” mahnısına gələn xoş reaksiyadan sonra tamaşaçılara öyrəşərək onları salamlayıb.

\”Xoş axşamlar. Nəhayət, 11 ildən sonra görüşə bildik. Bu nə gözəl salondur. Bu qədər gülərüz insanı bir arada görməmişəm. Bakını çox bəyənirəm. Bundan əvvəl iki dəfə burda olsam da, ilk dəfədir konsert verirəm\”, – deyən müğənninin tamaşaçılardan bir istəyi vardı. O da konsertin maraqlı keçməsi…
Müğənni əvvəldən də xahiş edərək bildirib ki, mahnı oxuyanda tamaşaçılar da ona qoşulsun. Demək olar ki, o, hər mahnısının bir cümləsini tamaşaçılara oxutdurub.

Ən maraqlı məqam isə onun \”sevişmədən uyumayalım\” mahnısında yaranıb. Belə ki, tamaşaçılar, xüsusən də, qızlar bu hissəni səsləndirməyə çəkinsələr də, sonradan rahatlıqla müğənniyə qoşulublar.

Konsert təxminən 2 saat davam edib. Müğənni 15 dəqiqəlik fasilədən sonra başqa geyimdə səhnəyə çıxıb. Birinci hissədə çəhrayı, qapalı libasla tamaşaçıları qarşılayan Sıla ikinci hissədə də qapalı geyim ənənəsinə sadiq qalıb. Hətta, Sıla o qədər sadə geyimdə olub ki, konsertə gələn xanımlar daha \”şık\” görünüblər.

Müğənni tamaşaçıları nəzərdən keçirərkən gözü zalın ən azyaşlısına sataşıb. Təxminən 2 yaşlı uşağa diqqət ayıran Sıla onun çox şirin olduğunu söylədikdən sonra ifalarına davam edib.
Konsertin pik nöqtəsi isə Sılanın Azərbaycan mahnısı oxuması olub. \”Bura qədər gəlmişkən oxumasam ayıb olar\” deyən müğənni İslam Rzayevin \”Ay qız\” mahnısını ifa edib.

Bu ifa Sılanın repertuarında o qədər bəyənilib ki, alqışlar 3 dəqiqədən çox çəkib. Hətta, müğənni də bundan heyrətlənərək \”kaş elə birinci bu mahnıdan başlayardım\” deyib. Daha sonra onunla birlikdə duet oxuyan müğənni Rəşid Behbudovun \” Yalqızam yalqız\” ifasını səsləndirib.

Konsertini \”Afitap\” mahnısı ilə bitirən müğənni qonaqlara təşəkkür edib, Bakıya yenidən gələcəyini söyləyib.

Əvvəllər modelliklə məşğul olan Sıla hazırda Türkiyədə olduqca populyardır. Onun mahnıları həmişə reytinq siyahılarında üst sıralarda olub. Müğənninin ilk mahnısı 2007-ci ildə çıxan \”…dan sonra\” ifasıdır.

İki mərtəbəli zalda boş yerlərin olmaması, tamaşaçıların müğənniyə reaksiyası, onunla birlikdə ifası və rəqsi göstərir ki, Azərbaycanda da Sılanın olduqca geniş kütləsi var. Müğənninin adı son günlər mənfi yönlü xəbərlərlə hallansa da, görünür, azərbaycanlı tamaşaçılar onun şəxsiyyətinə yox, sənətinə yüksək qiymət verməyi bacarırlar.

Interpress.Az