Lənkəranda mikroavtobus yanıbbackend

Lənkəranda mikroavtobus yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1990-cı il təvəllüdlü Lerik rayon sakini Arzuman Cankişi oğlu Kişiyevin idarə etdiyi \”99-MF-342\” dövlət qeydiyyat nişanlı \”Ford\” markalı mikroavtobus hərəkətdə olarkən, naqillərdə başlayan qısaqapanma nəticəsində yanmağa başlayıb.

Alov qısa zamanda bütün mikroavtobusu bürüyüb. Xoşbəxtlikdən yanğın zamanı nəqliyyat vasitəsində sərnişin olmayıb. Hadisə yerinə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Interpress.Az