Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAHbackend

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, ümumi Yığıncağın keçirilməsində əsas məqsəd təsis edildikdən sonra müvəqqəti İdarə Heyəti tərəfindən idarə edilən İctimai Birliyin icra və nəzarətedici orqanlarının seçilməsi və strukturunun təsdiqlənməsi olub.

AGAH-ın Mətbuat Xidmətindən verilən məlumata görə Ümumi Yığıncağa Ankarada təhsil alan və yaşayan gənclərdən ibarət təşkilatın üzvləri qatılıb. Yığıncaqda gündəlikdə duran əsas məsələlər təşkilat sədrinin seçilməsi, İdarə Heyətinin formalaşdırılması və Nəzarət Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi olub. Bundan əlavə təşkilatın departamentləri və demartament rəhbərləri də təyin edilib.

Ümumi Yığıncaqda açıq səsvermə yolu ilə keçirilən seçkidə Ankara Universiteti Hüquq fakültəsinin doktorantı Təbriz Cəfərov AGAH İdarə Heyətinin sədri, Türkiyə Barolar Birliyinin üzvü, vəkil Ruslan Edison isə AGAH-ın sədr müavini seçilib. Gazi Univesitetinin magistr tələbəsi Şəlalə Əsədova isə təşkilatın Baş katibi təyin edilib. Bundan əlavə təşkilatın tam tərkibdə İdarə Heyətinin üzvləri və NTK-sı formalaşdırılıb.

AGAH sədri seçilən Təbriz Cəfərov açıqlamasında belə deyib:

“Ankarada yaşadığım son bir ildə gənclər arasında sivil təşkilatlanma baxımından ciddi boşluğun olduğu, Türkiyə və Azərbaycan Gəncləri arasında ictimai aspektdən əməkdaşlıq səviyyəsinin yetərli olmadığı qənaətinə gəldim. Odur ki, mümkün resurslarımız da nəzərə alındığında başlanğıcda paytaxt Ankarada yaşayan azərbaycanlı gənclərin ortaq platformasını formalaşdırmağı, onların Türkiyə toplumuna daha sağlam bir şəkildə adaptasiyasını, sosial, mədəni, akademik inkişafı üçün şərait yaratmağı, fərdi təşəbbüslər vasitəsi ilə həyata keçirilməsi mümkün olmayan və ya fərdən irəli sürülmüş layihələrin daha peşəkar şəkildə icrasına müvafiq inzibati-hüquqi dəstəyin təmin edilməsini qarşımıza məqsəd qoyaraq “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) Gənclər Təşkilatını təsis etdik. AGAH Ankarada yaşayan Azərbaycansevər insanların da əvəzsiz dəstəyi ilə Türkiyə Cümhuriyyətinin müvafiq dövlət orqanları tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alındı.”

AGAH-ın mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, təşkilatın qarşısına qoyduğu məqsədlərin başında Azərbaycan Respublikasının milli maraqlarının müdafiə edilməsi gəlir. İctimai Bilriyin digər məqsədləri isə gənclərimizin arasında birlik, bərabərlik prinsipləri əsasında dostluq əlaqələrinin qurulması, Türkiyə Cümhuriyyətinin müxtəlif dövlət təsisatları ilə ictimai əhəmiyyətli əlaqələrin formalaşdırılması, gənclərimizin ictimai və akademik cəhətdən fərdi inkişafına dəstək verilməsi, Türkiyə Gənclər təşkilatları və gəncləri ilə əməkdaşlıq mühitinin dərinləşdirilməsi, xalqımızın uzun illərdən bəri formalaşdırdığı ənənələrin yaşadılması, təbliğ edilməsi və tanıdılması, gənclərimizin fərqli sahələrə dair ideya ve layihələrinin qiymətləndirilərək reallaşdırılmasına nail olunması, onlara təhsil, məskunlaşma ve digər sahələrdə qarşılaşdığı müxtəlif problemlərin həllində köməklik göstərilməsindən ibarətdir.

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

Interpress.Az