Nikolu 6 dəfə Rusiyaya getməyə nə vadar etdi?backend

Nikolu 6 dəfə Rusiyaya getməyə nə vadar etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin yəqin ki, nazirləri ilə 8 ayda 6 dəfə görüşməyib:

\”Paşinyan baş nazir postuna təyin edildikdən sonrakı ilk günlərdə Rusiyanı narahat edən siyasi bəyanatlar verirdi. Bir neçə ay sonra Rusiya haqqında verilən bəyanatların kəskinliyi zəifləsə də, iki ölkə arasında ciddi problemlərin olması məlumdur. Ermənistan və Rusiya arasındakı münasibətlər sattalet-mərkəz arasindakı münasibətlərə bənzəyir. Rusiya Paşinyanın bəyanatlarından narahatdır, münasibətlərin Serj Sərkisyan dönəmindəki kimi problemsiz və itaətkar şəkildə davam etməsində maraqlıdır. Bunu Rusiyanın Cənubi Qafqazdakı siyasi və hərbi mövqeyi və təhlükəsizlik problemləri tələb edir\”.

Politoloqun sözlərinə görə, bölgə mətbuatında Paşinyanı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə müqayisə edir, ona bənzədirlər:

\”Bu bənzətmə xüsusilə Paşinyanın Rusiyaya olan münasibəti konteksində əks etdirilir. Bu bənzətmə forma olaraq doğru olsa da, məzmun baxımından tamamilə fərqlidir. Saakaşvili Qərbin dəstəyi ilə işğal edilən gürcü torpaqlarının azad edilməsi üçün Rusiyaya qarşı mübarizə aparırdı. 2008-ci ilin avqust ayında Gürcüstan ərazi bütövlüyünü təmin etməyə cəhd etdi, amma uğursuzluqla üzləşdi və Rusiya ordusu demək olar ki, Tiflisə qədər irəlilədi. Paşinyanın və ölkəsi Ermənistanın isə Rusiyadan asılılığı və bağlılığı fərqlidir. Paşinyanın Rusiya ilə münasibətlərini korlaması ona Ermənistanın ərazi bütövlüyünün pozulması hesabına deyil, tam əksi, işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasına səbəb olar\”.

Politoloq vurğulayıb ki, Paşinyanın Rusiya səfərini dəyərləndirən aparıcı erməni mətbuatı bu səfərin uğursuzluqla nəticələndiyini ön plana çıxarır:

\”Ermənistan ictimai rəyində də Rusiyaya qarşı çıxışlar artır. Xüsusilə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçusunun yaşlı bir erməni qadınını döyərək öldürməsi iddiasından sonra bu hərbi bazanın ölkədən çıxarılması tələbləri gündəmə gətirilir, mintinqlər təşkil edilir\”.

Politoloq bildirib ki, Paşinyan səfərində maraqlı bir nüans da, Vladimir Putinin sabiq prezident, indi həbsdə olan Robert Köçəryanı Yeni İl münasibətilə təbrik etməsidir:

\”Rusiya bununla Paşinyan hökumətinə mesaj verməyə çalışsa da, görünən odur ki, hökumət ya bu mesajı anlamır, ya da ciddiyə almır.

Bütün hallarda yaxın gələcəkdə Ermənistan və Rusiya arasındakı münasibətlərin daha da gərginləşəcəyi ehtimalı yüksəkdir\”.

Interpress.Az