Gürcüstanda pirotexniki vasitələrlə ehtiyatsız davranan bir neçə uşaq əl barmaqlarını itiribbackend

Gürcüstanda pirotexniki vasitələrlə ehtiyatsız davranan bir neçə uşaq əl barmaqlarını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, ən çox yaralı paytaxt Tbilisidə qeydə alınıb. Yeni il gecəsində 12 nəfər paytaxt sakini pirotexniki vasitələrdən ehtiyatsız istifadə etdiyi üçün xəstəxanaya çatdırılıb. Əsasən 6 yaşdan 14- yaşadək olan uşaqların bəzilərinin əl barmaqları kəsilib, bəzilərinin əl sümükləri sınıb, bəzilərinin isə bədənlərinin müxtəlif hissələri yanıb.

Batumidə, Kutaisidə və Rustavidə ümumilikdə 20-dən çox uşaq pirotexniki vasitədən ehtiyatsız istifadə nəticəsində yaralanıb. Onların da bəzilərinin barmaqları kəsilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktlarla bağlı araşdırmaya başlayıb. Yaxın günlərdə ölkədə pirotexniki vasitələrin açıq satışının qadağan ediləcəyi gözlənilir. Nazirlik artıq bununla bağlı qərar layihəsi hazırlayıb.

Interpress.Az