Bu il təyyarə qəzası zamanı ölənlərin sayı açıqlanıbbackend

Bu il təyyarə qəzası zamanı ölənlərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az RTE.ie xəbər agentiyinə istinadən məlumat verir ki, Hollandiyada yerləşən Aviasiya Təhlükəsizlik Şəbəkəsinin (ASN) apardığı araşdırma nəticəsində məlum olub ki, 2018-ci ildə 15 təyyarə qəzası baş verib.
Nəticədə 556 insan həyatını itirib.Ancaq 2017-ci ildə 14 təyyarə qəzası nəticəsində ölüm sayısı 480 idi.
Bu qəzalardan 12-si sərnişin təyyarəsi, 3-ü isə yük daşıma təyyarəsi olub.

Ən çox ölüm sayının olduğu qəza bu ilin oktyabr ayında İndoneziyada 189 insanın öldüyü Lion təyyarə qəzasıdır.

ASN yaydığı məlumatda bildirir ki, son 20 ildə hava nəqliyyatı sahəsində böyük irəliləyişlər olub və dünyada bu nəqliyyat növünə hələ də tələb var.
Aviasiya sənayesinin inkişafı günümüz zamanında baş verən qəzaların sayını azaldır.

İnterpress.Az