Son dəqiqə – bakıda yaşayış binasında dəhşətli yanğın – VİDEObackend

Son dəqiqə – bakıda yaşayış binasında dəhşətli yanğın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, A24.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın paytaxtın Füzuli küçəsində (“Qış parkı” yaxınlığında) yerləşən hündürmərtəbəli yaşayış binalarının birində başlayıb. Yanğının binanın üzərinə çəkilmiş penoplas üzlüklərdə baş verdiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının digər mərtəbələrə keçməsinin qarşısının alınması və söndürülməsi üçün müvafiq işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Interpress.Az