Bakıda avtobus qəzaya düşüb – Yeni ilin ilk günübackend

Bakıda avtobus qəzaya düşüb – Yeni ilin ilk günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun \”28 May\” stansiyasının yaxınlığında baş verib.

\”BakuBus\” MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu \”KİA\” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, \”KİA\” markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

\”Bakı Nəqliyyat Agentliyi\”nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.(trend)

Interpress.Az