“Filmin ərsəyə gəlməsində azərbaycanlıların da rolu böyükdür” – Sabah nümayişə başlayan “Dəlilər”in aktyoru ilə MÜSAHİBƏbackend

“Filmin ərsəyə gəlməsində azərbaycanlıların da rolu böyükdür” – Sabah nümayişə başlayan “Dəlilər”in aktyoru ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az İsmail Filizin Bakupost.Az-a olan müsahibəsini təqdim edir.

Sabahdan – yanvarın 3-dən Azərbaycan kinoteatrlarında da nümayişə başlayacaq filmin təqdimatı üçün Bakıya gələn aktyor maraqlı məqamlara aydınlıq gətirib:

– İsmail bəy, necə oldu ki, \”Dəlilər” filminə dəvət aldınız? Bu film Türkiyənin kino sənayesində özünə yer tutacaqmı?

– Türkiyənin kinematoqrafiya sənayesi çox sürətlə inkişaf edir. Bu il filmlərin izlənmə sayının 80 milyona çatacağı gözlənilir. 80 milyonluq ölkə üçün bu rəqəm 100 faizlik bir göstəricidən xəbər verir.

Müşahidələrimə görə, son zamanlarda Azərbaycanda da kino sənayesi inkişaf edir. Eyni dili danışdığımız üçün bizim filmlər Azərbaycanda da maraqla izlənilir. \”Dəlilər” filminə gəlincə, Türkiyədə sürətlə inkişaf edən və böyüyən kino sənayesində tarixi və döyüş məzmunlu filmlər elə də çox deyil. Əslində anlatmaq istədiyimiz çox mövzu var. Biz anlatmadıqca da Hollivud rejissorları və ya avropalı rejissorlar tarixdə baş verən hadisələrə öz baxış bucaqlarından baxır, əcdadlarımızın yaşadıqları tarixi öz baxış bucaqlarından bizə göstərməyə çalışırlar. Ona görə də türk rejissorlar olaraq öz tariximizi dünyaya özümüz çatdırmalıyıq.

\”Dəlilər” Türkiyə-Azərbaycan ortaqlığı ilə çəkilən bir filmdir. Həm də bu dəstək sayəsində türk kinosu tarixində indiyə qədər çəkilən ən yaxşı tarixi döyüş filmidir. Filmə çox ciddi büdcə ayrılıb, böyük əmək sərf olunub. 6 ay hazırlıq dövründən sonra 9 həftəlik çəkilişlər aparılıb, daha sonra 6 ay da montaj işləri görülüb. Bu, çox uzun bir müddət olsa da, ortaya çıxan iş hamımızı məmnun etdi. Bu film Türkiyədə böyük marağa səbəb oldu. Mən Azərbaycanda da eyni marağın şahidi olacağımızı düşünürəm.

Mənim \”Dəlilər” filmindəki rolum Fateh Sultan Mehmetin Vlad Tepeşi cəzalandırmaq üçün göndərdiyi dəlilərdən biridir. Canlandırdığım xarakter Aşkar adlanır. Aşkar yaxın tarixdə öz qardaşını itirdiyi üçün bir az hüznlü olan və şəhadətə yüksəlmək istəyən xarakterdir. Bu yolçuluqda yoldaşları ilə ruhunu təmizləmək üçün çarpışan bir obrazdır. Təbii ki, bütün dəlilər kimi çox üstün savaş qabiliyyətinə malik olan biridir. Bütün dəlilər fərqli savaş alətlərindən istifadə etdikləri halda Aşkar qılınc üzrə ixtisaslaşıb.

– \”Dəlilər”in ilk səhnələrində şiddəti əks edilən kadrların çox olduğu bildirildi. Dünyanın indiki durumunda səhnələr filmin nümayişinə necə təsir edəcək?

– Əslində filmin anonslarını bilərək bu cür təqdim etdik. Səbəbi isə diqqət çəkmək idi. Başqa sözlə \”Türkiyədə bu cür döyüş filmi çəkə bilərik” fikrini çatdırmaq üçün bunu etdik. Amma bütövlükdə filmi izlədikdə görəcəksiniz ki, film əslində, o qədər də şiddəti əks etdirən səhnələrin yer aldığı səhnə əsəri deyil. Bütün tarixi döyüş filmlərində olduğu kimi 2 döyüş səhnəsi var. Anonsları bu səhnələrdən hazırladığımız üçün bütün filmin yalnız döyüşdən ibarət olduğunu düşünmək olar. Amma bu, doğru deyil.

Filmdə başqa hekayələr də var. O dövrün ab-havasını, dəlilər arasında olan dostluğu anlatmağa çalışdıq, az da olsa sevgidən danışdıq. Əslində, biz çox yaxşı döyüş səhnələri çəkdiyimiz üçün onları göstərmək istədik. \”Dəlilər” bütün dünyanın maraqla izlədiyi \”300 spartalı”, \”Troya” filmləri ilə müqayisədə şiddət səhnələrinin əks olunduğu bir film deyil.

– Azərbaycan izləyicisi sizi \”Ezel” serialından tanıyır. Bu serial bir sevgi hekayəsindən danışır. O serialdan sora dəli obrazında çəkilmək necə bir hissdir?

– Aktyor olduğumuz üçün hər bir rolu canlandırmalıyıq. Azərbaycanda da məni bu serialla tanıyırlar. \”Ezel” çox uğurlu bir layihə idi, 57 ölkədə nümayiş olundu. Bir aktyor kimi bu serialda rol aldığıma görə çox xoşbəxtəm. Amma aktyor olaraq zaman-zaman duyğusal, komik və bir çox digər rolları oymalısınız. Mən şəxsən rolu bəyənirəmsə, o zaman bacardığımın ən yaxşısını etməyə çalışıram. \”Dəlilər” filmi də bu cür oldu. Filmdə çəkilmək üçün ata minməyi, qılınc oynatmağı öyrəndik. Çətin bir işin altına girdiymizi bilirdik, buna görə də filmin haqqını verməyə çalışdıq.

– Azərbaycanla müştərək film olduğunu bildirdiniz. Filmdə Azərbaycanla bağlı nələr var?

– Yönəticilərdən biri azərbaycanlıdır. Bundan əlavə, azərbaycanlı aktyor Namiq Rüstəmxanlı əsas obrazlardan birini – \”Mübariz” obrazını canlandırır. Bu, Azərbaycanın Milli Qəhrəmanı, igid oğlu Mübariz İbrahimovla bağlı bir jestdir. Bundan əlavə, Qaradənizdə həlak olan Eren adlı xarakter də var. Türkiyədə bir çox insanlar bunları anladılar. Filmdəki müsiqilərin sözlərini isə Azərbaycanın xalq şairi, çox hörmətli Sabir Rüstəmxanlı yazıb. Sabir Rüstəmxanlı çox əmək sərf edib, təşəkkürümü bildirirəm. Filmin hər bir yerində Azərbaycan ab-havası var. Sabahdan – yanvarın 3-dən film kinoteatrlarda nümayiş etdiriləcək.

– Filmdə başqa hansı tanınmış aktyorlar çəkilib?

– Filmin aktyor heyəti çox tanınmış simalardan ibarətdir. Vlad Tsepeş obrazını Erkan Pətəkqaya canlandırır. Onun Azərbaycanda çox sevildiyini bilirəm. \”Möhtəşəm yüzil” sertialında oynayan Nur Fəttahoğlu da filmdə rol alıb. Cem Ucan, Yetkin Dikincilər, Demet Tuncər, Hakan Yufqaçıgil, Mehmet Pala da filmdə rol alıb. Bu aktyorlar Türkiyədə çox məşhur və sevilən şəxslərdir. Bu aktyorların rol aldığı bir filmin Azərbaycanda da sevilərək izlənəcəyini düşünürəm.

– Türkiyədə tarixi seriallar çox çəkilir. Bəs necə oldu ki, \”Dəlilər” filmi üçün bir seriya yetərli sayıldı?

– Əslində, \”Dəlilər” hekayəsi çox genişdir. Bu film 300 illik bir tarixi əhatə edir və filmdə yaşanan hekayə real hadisələrə əsaslanır. Biz də dəliləri daha uzun anlatmaq istərdik. Filmin əsas məqsədi insanları dəlilərlə tanış etməkdir. Dəlilər Birliyi tarixdə unudulmaq üzrə olan bir birlikdir. Onların tarixi savaşlarda çox əhəmiyyətli rolları olub. Onları unutmamaq, xatırlatmaq lazımdır. Bu səbəbdən də \”Dəlilər” 1, 2, 3,4 ərsəyə gələ bilər. Xalqımız bəyənərsə, növbəti seriyaları da ərsəyə gətirməyi düşünürük. Türk tarixini türklərin anlatması lazımdır.

– Son zamanlarda Türkiyədə tarixi döyüş filmləri çox çəkilir. Sizcə bu filmlər xalqın döyüş ruhuna necə təsir göstərir?

– Allah bu ölkəyə müharibə nəsib etməsin. Müharibə çox pis bir şeydir. Amma məcburiyyət qarşısında qaldığımız zaman başqa çıxış yolu yoxdursa, o zaman döyüşə də bilərik. Bu millətin hər bir nümayəndəsi bir dəlidir. Əgər söhbət vətənimizdən gedərsə, o zaman heç nəyi əsirgəmərik. \”Dəli” kəlməsi ağıl azlığından xəbər vermir. Burda söhbət döyüşçülərin ürəklərinin dəliliyindən gedir. Türkiyədə də, Azərbaycanda da belə polislərimiz var, bordo bərəlilər, jandarma, terroçularla döyüşən əsgərlərin hər biri bir dəlidir.

– Son zamanlarda azərbaycanlı aktyorları Türkiyə film və seriallarda tez-tez görmək olur. Sizcə, onlar rollarının öhdəsindən gəlirlərmi?

– \”Söz” teleserialında Kənan adlı bir azərbaycanlı aktyor çəkilib. Azərbaycanlı dostlarım çoxdur. Həyat yoldaşım da azərbaycanlıdır. Buna görə də mən onları izləyirəm. Fikrimcə, azərbaycanlı aktyorlar üzərlərinə düşən vəzifələrinin öhdələrindən layiqincə gəlirlər. Məncə, Azərbaycanda da film sənayesi çox yaxın zamanda inkişaf etməyə başlayacaq. Əslində, film yaradılarkən onun təkcə maddiyyəti deyil, həm də keyfiyyəti nəzərə alınmalıdır. Əgər bir filmə ayrılan 20 milyon büdcənin 10 milyonu xərclənəcək, 10 milyonu saxlanacaqsa, o film yaranmamışdan uğursuzluğa düçar olacaq. Türkiyədə də son 10 ilə qədər hazırlanan filmlərə ticari məqsədlə yanaşılırdı. Lakin sonradan filmlər sadəcə, maddi məqsədilə çəkilmədi, layiqincə ərsəyə gətirildikdən sonra hər şey qaydaya düşdü. Bu, Azərbaycana da aid edilə bilər. Əgər çəkilən filmlərə sadəcə olaraq pul qazanmaq vasitəsi kimi baxılmazsa, onda film sənayesi sürətlə inkişaf edəcək. Azərbaycanda yeni kinoteatrlar açılır, kinematoqrafiyaya maraq artır. Yaxın zamanlarda kino sənayesinin sürətlə inkişaf edəcəyini düşünürəm.

– Həyat yoldaşınızın azərbaycanlı olduğunu bildirdiniz…

– Bəli, yoldaşım azərbaycanın tanınmış aktyoru Siyavuş Aslanın baldızının qızıdır. Onlar İstanbulda yaşayırdılar. Bir ortaq tanışımız vasitəsilə tanış olduq. 1 ildir, evliyik. O da film sektorunda çalışır. Sseraristdir. Film və dizilər üçün ssenarilər yazır. Adı Nuranadır.

“Filmin ərsəyə gəlməsində azərbaycanlıların da rolu böyükdür” - Sabah nümayişə başlayan “Dəlilər”in aktyoru ilə MÜSAHİBƏ

“Filmin ərsəyə gəlməsində azərbaycanlıların da rolu böyükdür” - Sabah nümayişə başlayan “Dəlilər”in aktyoru ilə MÜSAHİBƏ

“Filmin ərsəyə gəlməsində azərbaycanlıların da rolu böyükdür” - Sabah nümayişə başlayan “Dəlilər”in aktyoru ilə MÜSAHİBƏ