Luvr Muzeyini ziyarət edən şəxslərin sayında rekord qeydə alınıbbackend

Luvr Muzeyini ziyarət edən şəxslərin sayında rekord qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu muzeyin direktoru Jan-Luc Martinez bildirib.

Onun sözlərinə görə, muzeyin tarixində ilk dəfə olaraq belə bir rəqəm qeydə alınıb: “2018-ci ildə Luvru 10 milyondan çox adamın ziyarət etdiyini düşünürəm\”.

Direktor bildirib ki, Fransa paytaxtında baş verən terror hücumlarından sonra müşahidə edilən azalmanın ardından, Parisdə beynəlxalq turizmin bərpası layihəsi sayəsində 2018-ci ildə muzeyə rekord sayda ziyarətçi baş çəkib.

Qeyd edək ki, muzeyin əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. Həmin il Luvru 9.7 milyon insan ziyarət edib.

Luvr Muzeyi ilk dəfə 8 noyabr 1793-cü ildə açılıb. Onun ilk sərgisi Fransız hökmranlarının kolleksiyasından 537 rəsm və 124 digər sənət əsərlərindən ibarət olub. Bu gün Luvr dünyanın ən böyük sənət muzeylərindən biridir. (report)

İnterpress.Az