Yeni ildə Ermənistanda vergilər artırılıbbackend

Yeni ildə Ermənistanda vergilər artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunub.

Yeni ildə spirtli içkilər və siqaretə tətbiq olunan aksiz vergiləri artırılıb. Araq üçün alınan aksiz vergisi 73 faizdən 84 faizə, siqaretlərin hər min ədədi üçün vergi isə 15 dollardan 17,24 dollara qaldırılıb. Bundan başqa, tərkibində yüksək miqdarda şəkər olan içkilərə də 10 faiz həcmində aksiz vergisi tətbiq olunacaq.

Mühərrikinin həcmi 300 at gücündən çox olan avtomobillər üçün vergilər də 3 dəfə artırılıb. Ermənistan hökuməti bunu ekoloji məqsədlə etdiyini açıqlasa da, ekspertlər artımın büdcə kəsirini doldurmaq üçün ediləcəyini bildirirlər. Maliyyə Nazirliyi daşınmaz əmlak üçün vergilərin artırılması istiqamətində iş aparıldığını da bəyan edib.

Ekspertlərin əksəriyyəti bildirib ki, yeni ilin ilk aylarında Ermənistanın yeni hökumətinin seçkiqabağı populist vədlərinin çoxunun real olmadığı məlum olacaq.(AZƏRTAC)

İnterpress.Az