Paytaxtın iki küçəsində svetofor 3 fazalı vaxt rejimində təşkil ediləcəkbackend

Paytaxtın iki küçəsində svetofor 3 fazalı vaxt rejimində təşkil ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyindən Interpress.Az-a verilən məlumata görə, layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb.

Qeyd edək ki, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə sola dönən nəqliyyat vasitələri üçün əlavə hərəkət zolaqları təşkil edilib. Gələcəkdə yol ayrıcında hərəkətin təhlükəsizliyinin daha da artırılması məqsədi ilə svetoforun 3 fazalı vaxt rejimində təşkili də nəzərdə tutulub.

Interpress.Az