Cəlilabad sakini bacısını telefonla danışdığına görə qətlə yetirib – TƏFƏRRÜATbackend

Cəlilabad sakini bacısını telefonla danışdığına görə qətlə yetirib – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az \”Report\”a istinad xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib.

İlkin məlumatlara görə, A.Cəfərovanın həyat yoldaşı həbsdə olduğu üçün atasıgildə qalırmış. O, telefonla danışarkən qardaşı ondan kiminlə danışdığını soruşub. Bu zaman A.Cəfərova telefonu söndürərək kimlə danışdığını gizlədib. Daha sonra qardaş-bacı arasında mübahisə yaranıb. Mübahisə zəmnində H.Sadıqov bacısı Arzunu bıçaqlayaraq qətlə yetirib.

H.Sadıqov qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, A.Cəfərovun 11 yaşlı bir övladı var.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Interpress.Az