Gürcüstanda 1515 nəfər QİÇS-dən ölübbackend

Gürcüstanda 1515 nəfər QİÇS-dən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.

Bildirilib ki, illik müqayisədə yoluxma hallarının sayı 41 hal çoxdur.

2018-ci il dekabrın 31-nə olan məlumata əsasən, ölkədə, ümumilikdə, 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5564 nəfərini kişi, 1870 nəfərini isə qadınlar təşkil edir. Xəstəlik daşıyıcılarının böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan insanlar təşkil edir.

QİÇS 3969 xəstədə inkişaf edib, 1515 nəfər isə ölüb.

HİV infeksiyasına yoluxma hallarının 39,9%-i narkotik vasitələrdən istifadə, 46,4%-i isə heteroseksual əlaqə vasitəsilə yayılıb.

QİÇS-ə yoluxan şəxslərin böyük əksəriyyəti paytaxt Tbilisinin payına düşüb. Şəhərdə 2719 nəfər QİÇS daşıyıcısıdır. Onların da 87-si xarici ölkə vətəndaşıdır.

Azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində isə 385 nəfər QİÇS-ə yoluxub.

Qonşu ölkədə HİV infeksiyasına yoluxan uşaqların sayı 109 nəfər təşkil edir ki, onların 69-u oğlan, 40-ı isə qızdır. Onlardan 27-si ölüb.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. (report)

Interpress.Az