“Napoli” Kriştianu Ronaldunun kluba təklif olunduğunu təsdiqləyibbackend

“Napoli” Kriştianu Ronaldunun kluba təklif olunduğunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvintoli 34 yaşlı hücumçunun meneceri Jorje Mendeşlə yaxşı münasibətlərinin olduğunu və tez-tez telefonla danışdıqlarını vurğulayıb.

\”Mendeş Ronaldunu klubun prezidenti Aurelio De Laurentisə təklif etdi və mən heç bir söz demədim. Daha sonra isə bu transferi təhlil etməyə başlayanda bizim üçün əlçatmaz olduğunu anladıq\” deyə Napoli təmsilçisinin rəsmisi bildirib.

Qvintoli \”Yuventus\”un hazırda Avropanın ən yaxşı komandası olduğunu da vurğulayıb: \”Bu klubu A Seriyasında üstələməyimiz yaxşı olardı. Bunun çətin bir iş olduğunu bilirik, amma gücümüzə də inanırıq\”.

Qeyd edək ki, Kriştianu Ronaldu \”Yuventus\”a 2018-ci ilin yayında İspaniya \”Real Madrid\”indən keçib.(report)

İnterpress.Az