AĞDAMDA QANUNSUZ OV EDƏN ŞƏXSLƏR SAXLANILIBbackend

AĞDAMDA QANUNSUZ OV EDƏN ŞƏXSLƏR SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, yanvarın 1-də daxil olmuş məlumat əsasında Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.
Belə ki, Ağdam rayon Üçoğlan kəndi ərazisində qanunsuz ov etmək istəyən rayon sakinləri Eyvaz Nayıbov və Rafayıl Piriyev saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan “İj-16” və “İj-12” markalı ov tüfəngləri götürülüb. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha bir qanunsuz ovun qarşısı alınıb. Rayon sakini Elçin Heydərov Əfətli kəndi ərazisində qanunsuz ov edərkən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi də götürülüb.
Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

AĞDAMDA QANUNSUZ OV EDƏN ŞƏXSLƏR SAXLANILIB

AĞDAMDA QANUNSUZ OV EDƏN ŞƏXSLƏR SAXLANILIB

AĞDAMDA QANUNSUZ OV EDƏN ŞƏXSLƏR SAXLANILIB

AĞDAMDA QANUNSUZ OV EDƏN ŞƏXSLƏR SAXLANILIB

Interpress.Az