Baş katib: “Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşmasında aparıcı rol oynayır”backend

Baş katib: “Azərbaycan OPEK əməkdaşlıq Bəyannaməsinin reallaşmasında aparıcı rol oynayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq təşkilatın Baş katibi Məhəmməd Barkindo deyib.

Baş katib vurğulayıb: \”Bu prosesə göstərdiyi fəal dəstəyə və töhfəsinə görə Azərbaycana minnətdarıq, ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək\”.

M.Barkindo əlavə edib ki, ötən il iki dəfə Bakıda səfərdə olub, səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüş keçirib.

OPEK baş katibi Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevi xatırlayıb: \”Mərhum nazir (sabiq energetika naziri) Natiq Əliyevin xatirəsini xüsusi hörmətlə anmaq və demək istərdim ki, əməkdaşlıq haqqında Bəyannamənin hazırlanmasında Natiq Əliyev əsas şəxs olmuşdu\”.

Qeyd edək ki, OPEK+ çərçivəsində Azərbaycan 2019-cu ilin yanvarından sutkalıq neft hasilatının 20 min barel olmaqla, 776 min barelə qədər azaltmaq barədə üzərinə öhdəlik götürüb.

Interpress.Az