Kosmosun əlçatmaz fəzasından ilk şəkillər yayıldı – FOTObackend

Kosmosun əlçatmaz fəzasından ilk şəkillər yayıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Sözügedən obyekt Neptun orbitindən uzaqda yerləşir və Ultima Thule (Kainatın kənarı) adı ilə tanınır. Fotoşəkillərdən asteroidin qar adamına bənzəyən, bir-birinə bitişik iki hissədən ibarət olduğunu görmək olur.

Tədqiqat layihəsinin rəhbəri Alan Stern zondun asteroidə yaxınlaşmasının heç də asan başa gəlmədiyini bildirib. Ultima Thule asteroidinin sahəsi Vaşinqtonun sahəsinə bərabərdir. Dibçəkdə olan torpaq qatı nə qədər işıq görürsə, bu asteroid də o qədər işıq görür. Yəni zond asteroidi faktiki olaraq zülmətdə axtarıb.

İndiyə kimi aparat Yerə topladığı informasiyanın yalnız 1 faizini göndərib. Bütün məlumatların qarşıdakı 20 ay ərzində toplanacağı gözlənilir. Qeyd edək ki, New Horizons zondu 12 il əvvəl Yerdən buraxılıb.

THIS is #UltimaThule.

The image taken by @NASANewHorizons – shown in its original version (left) & sharpened version (on right) – is the most detailed image of the farthest object ever explored by a spacecraft. https://t.co/gItPsMvbPC @NASA pic.twitter.com/i7rDBURNrw

— Johns Hopkins APL (@JHUAPL) January 2, 2019

Interpress.Az