Bakı Sərkisin abidəsinə yiyə çıxdı, ermənilər isə…backend

Bakı Sərkisin abidəsinə yiyə çıxdı, ermənilər isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az axar.az-a istinadən bildirir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat yayıb. O bildirib ki, onlar abidənin \”erməni abidəsi\” olduğunu iddia edib:

\”Bu abidənin məhz Azərbaycan abidəsi olması barədə mən 16 fevral 2010-cu ildə day.az sayıtında rus dilində gedən \”Город Ханкенди – жемчужина Азербайджана\” (\”Xankəndi şəhəri – Azərbaycanın mirvarisidir\” məqaləsində yazmışdım:

1967-ci ildə Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində heykəltəraş Sərkis Baqdasaryanın \”Biz və bizim dağlar\” monumental abidəsinin açılışı oldu. Abidə qısa zamanda həm yerli əhali, həm də Azərbaycan cəmiyyəti tərəfindən sevildi və hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi sayılır. Abidənin erməni əsilli heykəltəraş tərəfindən yaradılması onu avtomatik olaraq Ermənistanın mədəni sərvəti etmir.

Abidə Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində yaraılıb, ona görə də Azərbaycan mədəni sərvəti sayılır.

İstənilən mədəniyyət abidəsi ərazisində yaradıldığı ölkənin sərvəti hesab edilir və bu prinsip bütün dünyada qəbul edilib və mübahisə doğurmur\”.

Interpress.Az