Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İslandiya millisinin qapıçısı "Qarabağ"dan ayrılmaq istəyir

“Qarabağ”da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı”.

Dərc edilib: 4 yanvar 2019 [09:45]
Baxış sayı: 2397

Interpress.Az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə mövsümün ilk yarısını dəyərləndirərkən deyib.

İslandiya millisinin heyətində 2018-ci il dünya çempionatında iştirak edəndən sonra Danimarkanın “Randers” klubundan Ağdam təmsilçisinə keçən 34 yaşlı qapıçı zədəsinin ona problem yaratdığını söyləyib: “Orada çox şey oldu, gözəl anlar da yaşadım. Bəhanə gətirmək istəmirəm, getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyimdən, komandaya daha bir qapıçı - Vaqner da Silvanın transfer edildi. Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdur. Kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kim meydana az çıxırsa, bunun səbəbi olur".

Bakıda "Sportinq"lə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçında zəif oynadığını etiraf edən Halldorsson həmin görüşdən sonra bir daha meydana çıxmadığını diqqətə çatdırıb. Bununla yanaşı, o, mövsümə daha enerjili başladığını və bir neçə oyunda start heyətdə yer aldığını vurğulayıb.

Təcrübəli qolkiper sonda gələcək karyerası barədə götür-qoy etdiyini açıqlayıb: “İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm”.

Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 76