Bakıda 26 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandıbackend

Bakıda 26 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.(trend)

Interpress.Az