Məlumat Hesablama Mərkəzi 2017-ci ili 4 mln. manata yaxın xalis mənfəətlə başa vurubbackend

Məlumat Hesablama Mərkəzi 2017-ci ili 4 mln. manata yaxın xalis mənfəətlə başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 2,5 dəfə çoxdur.

2017-ci ildə MHM-in uzunmüddətli aktivləri 2,6 dəfə artaraq 17,877 mln. manata, cari aktivləri isə 2,3 dəfə artaraq 8,472 mln. manata çatıb.

Hesabat dövründə mərkəzin cəmi öhdəlikləri 11,5 dəfə artaraq 4,371 mln. manat, cəmi kapitalı isə 2,15 dəfə artaraq 21,978 mln. manat olub.

2017-ci ildə MHM-nin göstərdiyi xidmətlərdən gəlirləri 17,458 mln. manat (2016-cı ilə nisbətən 32,5% çox), xidmətlərinin maya dəyəri 15,072 mln. manat (31,1% çox), digər əməliyyat gəlirləri 4,887 mln. manat (55,5 dəfə çox), məzənnə fərqindən zərəri 25 min manat (3,5 dəfə az), inzibati və digər əməliyyat xərcləri 2,344 mln. manat (15,3% çox), mənfəət vergisi ödəmələri isə 1,153 mln. manat təşkil edib. Son nəticədə mərkəz ili 3,751 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum əvvəlki ildən 505 min manat zərərlə çıxmışdı.

Interpress.Az