“Qarabağ”ın futbolçusuna İngiltərə Premyer Liqasından maraqbackend

“Qarabağ”ın futbolçusuna İngiltərə Premyer Liqasından maraq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, futbolçuya İngiltərə Premyer Liqasından təklif var.

Belə ki, Haitinin “Actualités Foot Lakay” səhifəsinin verdiyi məlumata görə, Qerye ilə İngiltərə Premyer Liqasından “Lester” və “Brayton” klubları maraqlanır.

Həmçinin, Haiti millisinin üzvünə vaxtilə oynadığı Türkiyədən də maraq olduğu bildirilir.

Məlumatda Qeryenin Super Liqanın debütantı, həmçinin, hazırda I diviziona düşmə zonasında olan, “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şexiçin çıxış etdiyi “Böyükşəhər Bələdiyyə Ərzurumspor”un maraq dairəsində olduğu qeyd edilir.

Interpress.Az