İlk yerli və tam funksiyalı beynəlxalq sistemlərə uyğun xəstəxana məlumatlarının idarə edilməsi sistemibackend

İlk yerli və tam funksiyalı beynəlxalq sistemlərə uyğun xəstəxana məlumatlarının idarə edilməsi sistemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkətin fəaliyyəti səhiyyə sektoruna dəstək funksiyası daşımaqdadır. İnnovativ düşüncə, yenilikçi fikirlər, fəaliyyət imkanları və təcrübəli komandası ilə xidmət göstərən şirkətimiz xəstəxana daxilindəki strukturlar arasında balansı və uyğunluğu qoruyaraq xəstəxanadakı tibbi xidmətin yüksək səviyyədə təqdim edilməsi üçün addımlar atır, xəstəxananın digər müəssisələrdən seçilməsinə şərait yaradır.

Rish Medical şirkəti olaraq ən böyük məhsullarımızdan biri olan “Hisaz”, Xəstəxana Məlumatlarının İdarəedilməsi Sistemi, şirkətimizin xidmətləri sırasına daxildir və az zamanda çox iş şüarı ilə qısa zaman çərçivəsində bir çox işi icra etmək və idarə etmək imkanı olan proqramla işləmək imkanı və operativlik baxımından əvəzolunmaz xidmətlər təklif etməkdədir. Xüsusi olaraq bildirmək lazımdır ki, Hisaz, ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarə edilməsi sistemidir. Başlıca məqsədimiz ilk yerli və tam funksiyalı məhsul olmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, səhiyyə sektoru və texnologiya sahəsində tətbiqlərin genişləndirilməsi və imkanların artırılmasına xidmət funksiyasını daşımaqdır.

Hisaz, proqramlaşdırma sahəsində təcrübəli və peşəkar proqramçılar tərəfindən tərtib edilmişdir və istənilən tibb müəssisəsinin ehtiyaclarına uyğun şəkildə formalaşdırılma imkanına sahibdir. Proqram məlumat bazasının təhlükəsizliyini yüksək səviyyədə təmin edən struktura və modullar sisteminə malikdir, bu da işin təhlükəsiz, keyfiyyətli olması ilə səciyyələnir. Həmçinin Hisaz XMİES ISO 9001, ISO 27001, PMP (Project Management Professional), Spice kimi beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür.

Hazırda Hisaz XMİS ilə Mərkəzi Neftçilər Xəstəxanası, Gəncə Beynəlxalq Hospitalı və BestLab Tibb Laboratoriyalarında xidmət göstərir, Azərbaycan ilə yanaşı həmçinin Gürcüstanda da fəaliyyət istiqamətimizi genişləndirməkdəyik. Hazırda Gürcüstanda bir sıra dövlət və özəl sektora aid xəstəxana və tibb müəssisələri ilə çalışır, həmçinin danışıqlar aparmaqdayıq. Bununla əlaqədar olaraq gələcək iş planlarını hazırlamağı və Gürcüstanın Səhiyyə Nazirliyi ilə də birgə addımlamağı hədəfləyirik. Əsas məqsədlərimiz arasında olan inkişaf etmək və böyümək istər Azərbaycanda, istərsə də qonşu dövlətlərdə başlıca prioritetimizdir və bunun nəticəsi olaraq tibb sahəsində yenilikçi addımlarla gələcəyə doğru daha əmin addımlar atmaqdayıq.“

İlk yerli və tam funksiyalı beynəlxalq sistemlərə uyğun xəstəxana məlumatlarının idarə edilməsi sistemi

Direktor
Elçin Bağırov

Interpress.Az