Şirkətin 57 min manat pulunu mənimsəyən şəxs məhkəmədə ifadə veribbackend

Şirkətin 57 min manat pulunu mənimsəyən şəxs məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, \”Vedişiraz\” MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 min 900 manat pulunu mənimsəyib.

Belə ki, o, şirkətin Keşlə qəsəbəsində yerləşən anbarında olan mərmər daşlarını satıb, lakin pulu MMC rəhbərliyinə verməyib.

Məhkəmədə elan olunmuş ittiham üzrə B.Əliyev özünü təqsirli bilib. O sərbəst ifadəsində söyləyib ki, ittihamda qeyd edilən qədər pulu mənimsəməyib: \”14 min 800 manat pul qalıb. Onu da şirkət rəhbərinin evində iş görüb, həll etmişəm. Rusiyadan mərmər daşları gətirmişdik, onu satıb, pulu da Əliheydər müəllimə vermişəm. Səhvim isə odur ki, pulu rəhbərliyə verəndə qəbzlər almamışam. Əliheydər müəllimə 69 min manat pul ödəmişəm. Artıq məsələ aramızda həll olunub\”.

Daha sonra \”Vedişiraz\” MMC-nin rəhbəri Əliheydər Heydərli şahid qismində dindirilib. O deyib ki, Rusiyadan mərmər daşlarının alınması üçün 55 min dollar pul ödəyib: \”Daşlar gələndən sonra bir qisimi satılmadı. Bayram onu bir neçə sexə payladı. Guya satıb, pulu gətirəcəkdi, lakin bunu etmədi\”.

Ə.Heydərli qeyd edib ki, təqsirləndirilən şəxsi bağışlayacaq, ondan şikayətçi olmayacaq.

Hakim şirkət rəhbərinə xatırladıb ki, cinayət işində adı şahid qismində keçdiyi üçün təqsirləndirilən şəxsi bağışlaya bilməz.

Ə.Heydərli isə söyləyib ki, şirkətin nümayəndəsi bu barədə məhkəməyə ərizə təqdim edəcək.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külıi miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Interpress.Az