Trampın İranın Suriyadakı fəəliyyəti ilə bağlı sözləri İsraildə sərt təpkiyə səbəb oldubackend

Trampın İranın Suriyadakı fəəliyyəti ilə bağlı sözləri İsraildə sərt təpkiyə səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tel-Əvivdə nəşr olunan “Yediot Ahronot” qəzetində verilən məlumata görə, İsrailin yüksək vəzifəli nümayəndəsi ABŞ prezidentinin kəşfiyyat xidmətlərinin verdiyi rəyləri nəzərə almadığını və Trampın, ümumiyyətlə, meydanda nələr baş verdiyini anlamadığını söyləyib.

“İsrail olaraq şokdayıq. Tramp hələ də İranın hərbi mövcudluğunun miqyasını başa düşməyib”,-deyə İsrail rəsmisi bildirib.

Prezident Donald Trampın ən azı İsrailin Suriyadakı əməliyyatlara qarşı olmamasını istehza ilə təsəlliverici hesab edən həmin mənbə son açıqlamanın onlar üçün heç bir şeyi dəyişdirməyəcəyini və İranın Suriyadakı hərbi varlığına qarşı sərt mübarizə aparcaqlarını vurğulayıb.

Qeyd olunur ki ABŞ prezidenti Donald Tramp dünən Suriyadan çəkilmə haqqında qərarı haqqında danışarkən İran mövzusuna toxunmuş və rəsmi Tehranın sanksiyalar nəticəsində davranışlarını dəyişdirdiyini söyləmişdi. Trampın növbəti “İran Suriyada nə edirsə, etsin\” sözləri hər kəsin təəccübünə səsbəb olmuşdu. (Musavat)

Interpress.Az