“Qalatasaray”ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndəribbackend

“Qalatasaray”ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrlə əlaqədar postundan uzaqlaşdırılıb.

Vitoriya 2015-ci ildən “Benfika”nın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 2015/2016 mövsümündə ölkə çempionu olsa da, cari çempionatda 15 turdan sonra 32 xalla 4-cü yerdədir.

Lissabon təmsilçisi Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuraraq Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. “Benfika”nın rəqibi isə Türkiyənin “Qalatasaray” komandasıdır.

Interpress.Az