ABŞ Konqresinə seçilən hicablı qadın Qurana əl basdı və…backend

ABŞ Konqresinə seçilən hicablı qadın Qurana əl basdı və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Palataya seçilən ilk hicablı qadın kimi tarixə düşən İlhan Omar andiçmə mərasimi ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları yazıb: “Uşaq yaşlarımdan partiya qurultaylarında babama tərcüməçilik edirdim. Siyasətə məndə maraq oyadan ilk şəxs də babam olub. Kaş, bu tarixi anı görmək üçün burada olaydı. Amma andiçmə mərasimində onun “Qurani-Kərim”inə əl basdığım üçün ruhu oradaydı”.

O bildirib ki, “Qurani-Kərim”i 1995-ci ildə mühacir kimi ABŞ-a köçdükləri zaman babası özü ilə gətirib.

Keniyada 4 il mühacir düşərgəsində yaşayan Omar 12 yaşında ABŞ-a köçüb. Ötən il Minnesota ştatından, ölkədə keçirilən aralıq seçkilərə qatılaraq Respublikaçılar partiyasından olan rəqibi Cennifer Zielinskiyə böyük fərqlə qalib gəlib. (azvision)

Interpress.Az