Qorxuya düşən erməni səfiri milli azlıqlara hörmətdən dəm vurubbackend

Qorxuya düşən erməni səfiri milli azlıqlara hörmətdən dəm vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qazax əhalisi arasında ermənilərə qarşı nifrətin güclənməsi fonunda Ermənistanın Qazaxıstandakı səfirliyi bəyanat yayaraq bu insidentdən millətlərarası təfriqə məqsədilə istifadə etməməyə çağırıb. Qətlə yetirilən 23 yaşlı Karaqanda sakininin ailəsinə başsağlığı verən və cinayətkarların tezliklə cəzalandırılacağına ümidvar olduğunu bildirən diplomatik korpusun bəyanatındakı erməni hiyləgərliyi ilə yazılmış cümlələr isə istehza doğurur: \”Qazaxıstan milli azlıqlara böyük hörmətlə yanaşan çoxmillətli dövlətdir. Bu insidentlə ictimai rəydə manipulyasiya etmək və onu milli zəmində münaqişəyə çevirmək düzgün deyil\”. Faşist və qatı millətçi siyasət nəticəsində ərazisində milli azlıqlardan əsər-əlamət qalmayan və varlığını milli zəmində münaqişələr sayəsində qoruyub saxlayan Ermənistanın səfirinin bu sözləri törədilən cinayət fonunda qorxu hissinin əlamətidir.

Qazax mətbuatının xəbərinə görə, cinayətkar ermənilərdən ikisi saxlanılıb, biri isə axtarışa verilib.

Interpress.Az