Sarı jiletlilər: Prezident Makron, özünüzü Fransa xalqının iradəsindən yüksək tutmayınbackend

Sarı jiletlilər: Prezident Makron, özünüzü Fransa xalqının iradəsindən yüksək tutmayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Sarı jiletlilər” hərəkatının nümayəndəsi “Facebook” səhifəsində Fransa Prezidenti Emmanuel Makronun Yeni il müraciətinə cavab olaraq, yazıb.

Hərəkat təmsilçisi, əhalini yanvarın 5-də etiraz aksiyasına çağırıb.

Məktub “Fransa qəzəb içində” (“La France en colère”) qrupu imzası ilə sosial şəbəkədə yerləşdirilib. Həmin müraciətin yanvarın 5-də yerli vaxtla saat 14-də oxunacağı bildirilib. “Prezident Makron, Fransa xalqının səsini eşidin, ola bilsin biz sizinlə gələcəyin Fransasını qurduq. Ukraynadakı “narıncı inqilabı” yada salın. Özünüzü qanundan ali, yaxud Fransa xalqının iradəsindən yüksək tutmayın”, – deyə “sarı jiletlilər” Emmanuel Makrona xəbərdarlıq edib.

Qeyd edək ki, Emmanuel Makron müraciətində etiraz aksiyasının təmsilçilərini Yelisey sarayında görüşə dəvət edib.

Xatırladaq ki, noyabrın 17-də “sarı jiletlilər” Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşacağına etiraz aksiyası keçirməyə başlayıb. (report)

Interpress.Az